AZ

Putinin səfərləri birdən birə niyə artdı?

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Vladimir Putin xarici səfərlərə ara vermişdi. Ancaq son zamanlar Rusiya prezidentinin səfərlərinin sayı artıb. O, Çin və Mərkəzi Asiya ölkələrinə səfər etdikdən sonra Hindistana gedib.

Qəribədir, Putin nəyə görə uzun fasilədən sonra ardıcıl xarici səfərlərə başladı?

Belə demək olarsa. Putinin birdən-birə fəallaşması təsadüfi deyil. Ukraynaya qarşı genişmiqyaslı işğal başladıqdan sonra Rusiya prezidentinin xarici səfərləri minimuma enmişdi. Bunun bir neçə açıq səbəbi var idi: Beynəlxalq Təhlükəsizlik Tribunalı tərəfindən onun barəsində həbs orderi, Qərb ölkələrinin sanksiyaları və Rusiyanın siyasi təcridinin dərinləşməsi. Lakin son aylar Putin ard-arda Çin, Mərkəzi Asiya ölkələri və Hindistana səfərlər edir. Bu, Kremlin yeni mərhələyə keçdiyinin göstəricisidir.

Məsələyə belə baxmaq olar ki, Rusiya uzun müddətdir ki, yalnız Çin və İranla “məhdud orbit”də qalırdı. Qərbin sanksiyaları və diplomatik təcridi Kremlin əl-qolunu bağlamışdı. İndi Putin müxtəlif ölkələrin liderləri ilə görüşərək “Rusiya tək deyil” mesajını həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə göstərmək istəyir. Diplomatların dili ilə desək, bu səfərlər “təcrid illüziyasını qırmaq” kampaniyasıdır.

Üstəlik, Müharibə davam etdikcə Rusiyanın iqtisadiyyatı daha çox Asiyaya bağlanır. Çin, Hindistan və Mərkəzi Asiya ölkələri Rusiyanın həm enerji ixracı, həm də alternativ maliyyə kanallarında əsas tərəfdaşa çevrilib. Putin bu səfərlərlə həm yeni kontraktlar bağlamağa, həm də mövcud enerji-silah ticarətini genişləndirməyə çalışır. Yəni Rusiya faktiki olaraq Qərbin yerini Asiya ilə doldurmaq istəyir.

Son olaraq, son dövrdə səfərlərin intensivliyi göstərir ki, Kreml Ukraynadakı müharibənin yeni fazasına hazırlaşır. Rusiya hərbi texnologiya, dron komponentləri, maliyyə tranzit kanalları və sanksiyalardan yayınma mexanizmləri üçün alternativlər axtarır. Çinlə, Mərkəzi Asiya ilə və Hindistanla aparılan danışıqlar bu məqsədə xidmət edir. Putin yeni resurslar olmadan uzunmüddətli müharibəni davam etdirə bilməz.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
icma.az

1Mənbələr