AZ

Komitə sədrinə daha bir müşavir təyin edilib - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədova daha bir müşavir təyin edilib.

Modern.az-ın məlumatına görə, bu vəzifəyə Araz Bayramzadə gətirilib. 49 yaşlı A.Bayramzadə bir müddət əvvəl bu vəzifəyə təyinat alıb.

O, 2006-2025-ci illər ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində baş məsləhətçi - baş əmək müfəttişi, rəis müavini və rəis vəzifələrində müxtəlif rayonlar üzrə xidmət göstərib, rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, komitə sədrinin digər müşaviri Amil Cavadovdur. (Mənbə Unikal.org)

 

Seçilən
86
4
modern.az

5Mənbələr