AZ

Beynəlxalq müstəvidə sülh və diplomatik formatlı mübarizə soydaşlarımızın öz ata yurduna qayıdışını sürətləndirəcək

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu günün ən vacib və önəmli mövzusu Qərbi Azərbaycan məsələsidir. Azərbaycan diasporunun qarşısında yeni məsuliyyət qoyur. Azərbaycan diasporu öz dədə-baba torpaqlarından didərgin düşən qərbi azərbaycanlılarının qayıdışı ilə bağlı prosesdə kənarda qalmamalıdır. Beynəlxalq ictimaiyyətə bunu daha çox təbliğ etməlidir ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi "biz oralar tankla yox, sülh qayıtmaq istəyirik". Çünki erməni diasporu bunu başqa formatda təqdim edir. Xüsusilə, təxtibatçı addımlar atırlar. Azərbaycan diasporu bunu diqqətdən kənarda qoymamalıdır. Bunun üçün Azərbaycan diasporu beynəlxalq qurumlarla ciddi işbirliyi aparılmalı, yerli media və siyasi dairələrlə, beyin mərkəzləri ilə görüşləri sıxlaşdırılmalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk danışıb. Elnur Eltürk qeyd edib ki, bu addımlar Qərbi Azərbaycanla bağlı yanlış fikirlərin geniş yayılmamasının qarşısının alınmasında xüsusu rol oynayar.

Elnur Eltürk

“Bu günlərdə Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilən ənənəvi III beynəlxalq konfransın keçirilməsi Qərbi Azərbaycan məsələsini beynəlxalq müstəvidə gündəmə gətirir. Bu kimi vacib tədbirlər qayıdış prosesinin beynəlxalq qanun nöqteyi-nəzərindən hüquqi bazasını yaradır. Ən əsası odur ki, ədalətli yanaşmanı diqqətə çatdırır”-deyən Elnur Eltürk bildirib ki, beynəlxalq müstəvidə mübarizənin sülh və diplomatik şəkildə aparılması soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdışını sürətləndirəcək, həm də bölgədə dayanıqlı sülh siyasətini gücləndirəcək.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
bizimyol.info

1Mənbələr