AZ

"Qızımın toyu olandan yanına getməmişəm, zəngini açmamışam"

Bir neçə ay əvvəl qızını gəlin köçürən bədii qiraətçi Natiq Dağlaroğlu mövzu ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, övladlarını həmişə düzgün tərbiyə etdiyini düşünür və qızının yeni ailəsinə uyğunlaşmasını vacib sayır:

"Mən elə övladlar böyütməmişəm. Qız gəlin köçdüyü evə əvvəlcə uyğunlaşmalıdır, sonra atasını görməlidir. O artıq mənim qızım deyil, amma canımdan candır. Artıq qayınana-qayınatasına öyrəşməlidir. Zəngini belə açmıram. Toy səhəri gedib qızının vəziyyətini yoxlayan atalar var - bu, doğru deyil. Qızım rahatlığını tapandan sonra lazım olsa, bir gün 10 dəfə gedərəm", - deyə o bildirib.

Daha sonra proqramda qonaq olan qızı da efirə qoşularaq atasının sözlərini təsdiqləyib:

"Atamın 5 qızı var, amma məni fərqli böyüdüb. Qız deyil, oğul olmuşam. Hər zaman atamla çiyin-çiyinə olmuşam".

Ata və qızının bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə olunub.

Musa
Milli.Az

Seçilən
90
43
milli.az

10Mənbələr