AZ

“Qaçqınkom”dan dəhşətli yanğınla bağlı - Açıqlama

[center][/center]

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Qobu Park-1”də 4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb.

Yanğınla əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin hadisə yerində olduqları bildirilib.

İlkin araşdırma nəticəsində yanğının Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verdiyi müəyyən edilib. Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Əkrəm Əşrəf oğlu Yusifovun həyat yoldaşı 1998-ci il təvəllüdlü Zülfiyyə Ramiq qızı Yusifova və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

Vəfat edənlərin ailə üzvlərinin verdikləri məlumata görə, Yusif Hüseynov Bakı şəhəri, Xəzər rayonu Qala qəbiristanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar.

“Yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür.

Baş vermiş yanğınla bağlı aidiyyəti qurum tərəfindən cinayət işi başlanıb.

İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq”, - açıqlamada vurğulanıb.

Seçilən
18
28
yenisoz.az

10Mənbələr