AZ

Saxta "Bred Pitt" təqaüdçünü aldadaraq pulunu aldı

Ajans.az xəbər verir ki,bu barədə The Daily Mail məlumat yayıb. Patrisiya bildirib ki, saxta Bredlə 2024-cü ilin may ayında yazışmağa başlayıb. O, aktyorun rəsmi İnstaqram səhifəsini izlədikdən sonra, Hollivud ulduzunun güman edilən menecerindən mesaj alıb. Fırıldaqçı onunla şəxsən görüşməyi təklif edib və Patrisiya razılaşıb. Təqaüdçünün sözlərinə görə, yazışmalar tezliklə daha romantik xarakter alıb. Fırıldaqçı qadının həyatı ilə maraqlanıb və ona aşiq olduğunu göstərib. Görüş üçün müzakirələr zamanı saxta Bred rəhbərliyinin böyük məbləğ tələb etdiyini iddia edib. Patrisiya onlara inandıqdan sonra pul göndərib və daha sonra tələblər artıb. Nəticədə qadın ümumilikdə 90.000 funt sterlinqdən (təxminən 119.000 dollar) çox pul ödəyib. Daha sonra "Bred Pitt" Patrisiyaı ABŞ-da görüşməyə dəvət edib. O, çantalarını yığıb Los-Ancelesə gedib, lakin üç həftə ərzində təkbaşına oteldə qalıb və görüş baş tutmayıb. İsveçrəyə qayıtdıqdan sonra Patrisiya oxşar bir fırıldağa daha rast gəlib və nəticədə aldadıldığını başa düşüb. Qadın polisə müraciət edib və fırıldaqçılara aldanması səbəbindən böyük utanc hissi yaşadığını etiraf edib. O, həqiqətən Hollivud ulduzu ilə görüşdüyünə əmin olduğunu bildirib.

 

Seçilən
32
Ajans.az

1Mənbələr