AZ

Vyetnamlı iştirakçı: Qərbi Azərbaycan İcmasının konfransı uğurla təşkil olunub

Bakı, 5 dekabr, AZƏRTAC

Bu konfransda iştirak etməkdən məmnunam, çünki barışıq yalnız Azərbaycan üçün deyil, həm də mənim ölkəm Vyetnam üçün də vacib mövzulardandır. Biz keçmişdə bir çox müharibələr və çətinliklər yaşasaq da, insanlar arasında barışığa aparan yol var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransın vyetnamlı iştirakışı Ti Tun Ha Nguye söyləyib.

O hesab edir ki, konfrans vasitəsilə həm maddi, həm də qeyri-maddi mədəni irsin qorunması məsələsi Azərbaycan üçün olduğu qədər, oxşar vəziyyətdə olan digər ölkələr, o cümlədən diaspor və ərazi münaqişələri yaşayan regionlar üçün də böyük əhəmiyyət kəsb edir.

"Konfrans uğurla təşkil olunub, BMT Nizamnaməsi, BMT sənədləri, eləcə də maddi və qeyri-maddi irsin qorunması üçün hüquqi bazanın yaradılmasına dəstək verən digər beynəlxalq hüquq çərçivəsində çox mənalı müzakirələr aparılır",- deyə vyetnamlı iştirakışı vurğulayıb.

Seçilən
134
azertag.az

1Mənbələr