Azərbaycan Ordusunda müddətli xidmət keçən əsgərlərin məzuniyyət günlərinin artırılması məsələsi son günlər ictimai müzakirələrə səbəb olub. Bəs gələcəkdə əsgərlərə verilən məzuniyyətin 2 günə artırılması mümkündürmü?
Bu barədə KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda xidmət müddətinin 1 il və ya 1 il yarım olmasının fərqinə varmadan müddətli hərbi qulluqçulara yalnız bir dəfə olmaqla 1 gün məzuniyyət verilir.
Ekspertin sözlərinə görə, bununla yanaşı xüsusi hallarda – ailə vəziyyəti və ya mükafatlandırma səbəbi ilə əlavə məzuniyyətlər də tətbiq olunur:
• Ailə vəziyyəti ilə bağlı məzuniyyət komandirin qərarı ilə müəyyən edilir və ailədə yaranmış real vəziyyətin ağırlığından asılı olur.
• Mükafatlandırma məqsədilə hərbi hissə komandiri əsgərə əlavə 5 gün məzuniyyət verə bilər.
Ədalət Verdiyev hesab edir ki, məzuniyyət sisteminin təkmilləşdirilməsi mümkündür və daha ədalətli sxem tətbiq oluna bilər. Onun fikrincə:
• 1 il xidmət edənlər üçün – 1 gün,
• 1 il yarım xidmət edənlər üçün – ikinci xidmət ilinə görə əlavə 5 gün məzuniyyət verilməsi daha məqsədəuyğun olardı.
Ekspert gələcəkdə məzuniyyət günlərinin artırılmasının real və müzakirəyə açıq bir istiqamət olduğunu da istisna etmir.
Aynurə İsmayıl
KONKRET.az
