AZ

ABŞ Avropanı hədələyir

Ajans.az Reuters-ə istinadən xəbər verir ki,ABŞ-ın mesajı Vaşinqtonda NATO-ya nəzarət edən Pentaqon rəsmilərinin görüşü zamanı avropalı diplomatlara çatdırılıb. Pentaqon nümayəndələri bildiriblər ki, hələ də Avropanın müdafiə qabiliyyətlərini artırmaqdakı irəliləyişdən məmnun deyillər.

Onlar əlavə ediblər ki, Avropa müttəfiqləri 2027-ci il son tarixinə əməl etməsələr, ABŞ alyansın bəzi müdafiə koordinasiya mexanizmlərində iştirakını dayandıra bilər. Bu son tarix bəzi Avropa rəsmilərinə qeyri-real görünür.

Seçilən
44
Ajans.az

1Mənbələr