AZ

2026‒2030-cu illərdə 21 peşə təhsili müəssisəsi tikiləcək - SƏRƏNCAM

Bakı. Trend:

2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşətəhsili müəssisəsi tikintisi və 2 peşə təhsili müəssisəsi əsaslıtəmir ediləcək.

Prezident İlham Əliyev Peşə təhsili sisteminin potensialınıngücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamimzalayıb.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Peşə təhsilisisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər"haqqında Sərəncamda öz əksini tapıb.

Sərəncamda qeyd olunb:

"Əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıranyüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əməkməhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyəyönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdəqəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən AzərbaycanRespublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəliSərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda özəksini tapmışdır.

Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləriəmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialınatələbatı artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verənmüasir standartlara uyğun infrastruktura və tədris bazasına malikyeni peşə təhsili müəssisələrinin yaradılmasını zəruri edir.

Müasir standartlara uyğun infrastruktura və tədris bazasınamalik yeni peşə təhsili müəssisələrinin yaradılması peşə təhsillişəxslərin əmək bazarında xüsusi çəkisini artırmaqla müxtəlifpeşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təminedəcəkdir".

Sənədə əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasında peşətəhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlərplanını dörd ay müddətində təsdiq edib Azərbaycan RespublikasınınPrezidentinə məlumat verməli və bu Sərəncamdan irəli gələn digərməsələləri həll etməlidir.

Bundan başqa Elm və Təhsil Nazirliyi tikintisi və əsaslı təmirinəzərdə tutulmuş peşə təhsili müəssisələrinin siyahısını təsdiqetməli və bu məqsədlə tələb olunan maliyyə vəsaitinin illər üzrəbölgüsünü hazırlayıb bir ay müddətində Azərbaycan RespublikasınınDövlət Neft Fonduna təqdim etməlidir.

Dövlət Neft Fondu bu Sərəncamda göstərilmiş tədbirlərin icrasıüçün tələb olunan maliyyə vəsaitini Fondun hər il üçün tərtibedilən büdcəsində nəzərdə tutsun.

Seçilən
86
49
az.trend.az

10Mənbələr