AZ

“F 35”lərə yaşıl işıq yandırıldı? ABŞ dan ümidverici açıqlama

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-ın Ankaradakı səfiri Tom Barrak Türkiyənin “F-35” döyüş təyyarələrini almağa çox yaxınlaşdığını bildirib. Səfir prosesdəki ən kritik maneənin yaxın 4–6 ay ərzində aradan qalxacağına inandığını vurğulayıb.Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, Tom Barrak Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksləri ilə bağlı problemin böyük hissəsinin aradan qaldırdığını deyib. O bildirib ki, sistemlərin tətbiq olunmaması Vaşinqtonun narahatlığını qismən azaldır, lakin “S-400”ün Türkiyədə mövcudluğu ABŞ üçün hələ də problem olaraq qalır.Səfir prosesin sürətləndiyini qeyd edərək, “Bu məsələnin qarşıdakı 4-6 ayda həll olunacağını düşünürəm”, – deyibXatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp sentyabr ayında Ağ Evdəki görüşdə “S-400” məsələsini müzakirə etmişdilər. Ankara “S-400”ləri təxminən 10 il əvvəl əldə etmiş, bu isə Türkiyənin “F-35” proqramından çıxarılmasına və türk müdafiə sənayesi şirkətlərinə CAATSA sanksiyalarının tətbiqinə səbəb olmuşdu.Vaşinqton “S-400”lərin “F-35”in gizlilik qabiliyyətini təhlükəyə atdığını iddia edir. Ankara isə riski aradan qaldıracaq tədbirlərin görüləcəyini, Rusiya sisteminin NATO strukturlarına inteqrasiya olunmayacağını bildirir.Donald Tramp da sentyabr ayında Türkiyəyə “F-35” satışı ilə bağlı yaşanan problemlər aradan qaldırılarsa, satış qərarına razı ola biləcəyini demişdi.Cavid, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
95
www.bakupost.az

1Mənbələr