AZ

NATO komandanı: “Türkiyə Alyansın sütunudur”

ain.az, Ayna portalına istinadən məlumat yayır.

"Türkiyə yüksək peşəkar silahlı qüvvələri ilə son dərəcə mühüm müttəfiqdir”

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Aleksus Qrinkeviç bəyan edib ki, Türkiyə Alyansın müdafiə qabiliyyətində mühüm rol oynayır.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Qrinkeviç Türkiyənin Şimali Atlantika Alyansı üçün əhəmiyyətini vurğulayıb. 

"Türkiyə yüksək peşəkar silahlı qüvvələri ilə son dərəcə mühüm müttəfiqdir. NATO-nun öz sıralarında çoxu türk olan görkəmli liderləri var", - komandan bildirib. 

Qrinkeviç qeyd edib ki, NATO Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirməyə çalışır. O bildirib ki, Alyans güclü hərbi komandanlıq strukturuna malikdir və tərəfdaşlara lazımi texnoloji imkanların inkişaf etdirilməsi ilə bağlı məsləhətlər verir. Onun sözlərinə görə, NATO ilə Aİ arasında əməkdaşlıq konstruktiv şəkildə inkişaf edir.

Türkiyənin rolundan danışan komandan türk ordusuna etimadın yüksək olduğunu qeyd edib: "Kosovodakı komandirimizə böyük etimad var. Mən bunu səmimiyyətlə qiymətləndirirəm".

Qrinkeviç Avropada hibrid təhlükələrin artmasına da münasibət bildirib:  "Bir çox insidentlər hibrid hərəkətlər şəbəkəsi ilə bağlıdır. Bəziləri təsadüfən, bəziləri isə qəsdən törədilir. Bəzilərinin arxasında Rusiya dayanır. Cəmiyyətlərimiz bunu başa düşməlidir”.

Komandan eyni zamanda, vəziyyətin nəzarət altında olduğunu vurğulayıb: “Hibrid təhdidlər NATO-nun birliyini pozmur. Biz onlara cavab vermək və onları idarə etmək iqtidarındayıq".

O Alyansın daha fəal tədbirlərin görülməsi imkanlarını araşdırdığını bildirib, lakin NATO-nun müdafiə strukturu olaraq qaldığını vurğulayıb.

Rusiyanın davranışı ilə bağlı sualı cavablandıran Qrinkeviç deyib: "Rusiya bizi hər gün sınaqdan keçirir. Biz daim sınaqlarla üzləşirik". 

O qeyd edib ki, əsas problem "NATO-nun düşmənlərinin əməkdaşlığının dərinləşməsidir".

Komandan qeyd edib ki, Çin Rusiyanın Ukraynadakı kampaniyasını maliyyə, Şimali Koreya silah və hərbi personal, İran isə texnika və texnologiya ilə təmin edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
157
ayna.az

1Mənbələr