Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İşçilərin məzuniyyət ödənişləri bayramların sayına görə dəyişir.
Bu, bəzi aylarda əməkhaqqının gözləniləndən az alınmasına gətirib çıxarır.
Qeyd edək ki, hazırda bu məsələyə dair qanunvericilikdə dəyişikliklər müzakirə olunur.
Gununsesi.info bildirir ki, iqtisadçı Eldəniz Əmirov məsələyə belə münasibət bildirib:

“İşçilərin şikayətləri ilə həm HR, həm də mühasiblər yəqin ki, tez-tez rastlaşırlar. Xüsusən də bayramların çox olduğu aylarda məzuniyyətə çıxan insanların gəlir itkisi ilə bağlı narazılıqlar çox olur. Mövcud hesablanma qaydasının müsbət tərəfləri olsa da, bayram çox olan aylarda real fərq yaradır və işçinin aldığı məbləğ gözləniləndən xeyli aşağı olur.
Məsələn, aylıq əməkhaqqısı 1000 manat olan bir işçi 5 günlük məzuniyyətə çıxanda apreldə təxminən 932 manat alırsa, mart ayında bu məbləğ 802 manata düşür. Çünki, mart ayında bayram günlərinin sayı çoxdur”.
Eldəniz Əmirov əlavə edib ki, bu vəsait fərqi insanların həmin aylarda məzuniyyət götürmək istəməməsinə səbəb olur:
” Hazırda Milli Məclisdə müvafiq qanunvericilik üzrə dəyişikliklər müzakirə olunur. Hesab edirəm ki, bu mexanizmdə də kiçik düzəlişlər etməklə, həm işçilərin gəlir itkisi aradan qalxar, həm də işəgötürən üçün planlaşdırma daha rahat olar. Məsələn, bayram günləri çox olan aylarda məzuniyyət hesablanarkən vahid orta göstəricinin tətbiqi və ya aylıq iş günlərinin fərqli olmasının kompensasiya edilməsi kimi mexanizmlər nəzərdən keçirilə bilər. Ya da digər mexanizmlər mümkündür”.
Şəbnəm
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.