AZ

Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu baş tutub.

AZƏRTAC xəbər verir ki, “Quba” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Görüş ev sahiblərinin 107:90 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun daha əvvəl reallaşan görüşlərində "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni (102:87), "Naxçıvan" "Lənkəran"ı (82:75) üstələyib.

Seçilən
73
1
azertag.az

2Mənbələr