AZ

Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindənson bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakışəhəri, Abşeron, Yevlax və Ağstafa rayonlarının inzibatiərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarolunub.

Trend xəbərverir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonuHövsan qəsəbəsi İ.Əhlimanov küçəsində, Binəqədi rayonuM.Ə.Rəsulzadə qəsəbəsi H.Ağamalıyev küçəsində, Abşeron rayonuXırdalan şəhəri H.Əliyev prospekti 34 ünvanında, Yevlax rayonu YeniÇobankərə kəndi və Ağstafa rayonu Poylu qəsəbəsi ərazisindəağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 36380 manatməbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayəttərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçüntoplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Məqalədə:
Seçilən
51
15
az.trend.az

10Mənbələr