AZ

“Kristal” İtaliya brendi GEWISS ilə əməkdaşlığı gücləndirir: memorandum imzalandı!

Bakı. Trend:

"Kristal"şirkəti ilə İtaliyanın qabaqcıl elektrik avadanlıqları istehsalçısıolan GEWISS arasında əməkdaşlığıngenişləndirilməsinə dair memorandum imzalanıb. Sənəd şirkətlərarasında mövcud tərəfdaşlığın davamı və növbəti mərhələsi kimiqiymətləndirilir.

Görüş zamanı tərəflər arasında alış-veriş həcminin artırılmasıvə tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı razılıq əldəedilib. Razılaşma xüsusilə hazırda tikintisi davam edən layihələrindaxili tamamlama mərhələlərini, yəni mənzillərdə və ümumi sahələrdəaparılan işləri əhatə edir.

Memorandumu GEWISS şirkətinin YüksəkArtım Potensiallı Regionlar Klasteri üzrə Baş Meneceri GuidoBonacina, "Kristal"dan isəşirkətin Müşahidə Şurasının sədri Mahayət Nəbiyevimzalayıb.

GEWISS brendi elektrik avadanlıqları sahəsindəAvropanın aparıcı və ən etibarlı istehsalçılarından biri kimitanınır. Şirkət yüksək keyfiyyətli və uzunömürlü məhsulları iləseçilir, həm təhlükəsizlik, həm də funksionallıq baxımındanbeynəlxalq standartlara tam cavab verir. GEWISS-inelektrik açarları və digər aksesuarları isə müasir interyerlərəuyğun innovativ dizaynı, davamlılığı və texniki üstünlükləri ilətikinti sektorunda xüsusi yer tutur. Bütün bu xüsusiyyətlərGEWISS-i dünya üzrə tikinti layihələrində üstünlükverilən top brendə çevirir.

Əməkdaşlıq çərçivəsində “Kristal”ın “CityGarden Narimanov”, “ParkYasamal”, “HighlandResidence”, “Biləcəri”, “Sahil Park” layihələrində GEWISSistehsalı olan elektrik açarları və digər elektrik aksesuarlarınıntədarükü nəzərdə tutulur.

Bu məhsullar yaşayış komplekslərində elektrik təchizatı,işıqlandırma və idarəetmə sistemlərinin quraşdırılması prosesindəistifadə olunur.

“Kristal”GEWISS bundan sonra da uzunmüddətli əməkdaşlığındaha geniş miqyasda davam etdirilməsini planlaşdırır.

Ətraflı: *1544

kristal.az

Seçilən
13
16
az.trend.az

10Mənbələr