AZ

Hindistanda Putin və Modini əks etdirən cizgi filmi yayımlandı

Hindistanın “India Today” telekanalı Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modinin motosikletlə neft buruqlarının yanından keçərək dostluq haqqında məşhur hind mahnısını oxuduqları satirik cizgi filmi yayımlayıb.

Vətəninfo.az xəbər verir ki, videoda həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Tramp yanacaqdoldurma məntəqələrinin fonunda təsvir olunub.

Cizgi filminin  yayımlanması Rusiya–Hindistan sammiti ərəfəsində baş tutub. Yeni Dehlidə keçiriləcək tədbirə yüksək səviyyəli rəsmilər və biznes nümayəndələri — o cümlədən Rosoboroneksport, Sberbank, Rosneft və Qazprom Neft rəhbərlərinin qatıldığı bildirilir.

Qeyd edək ki, Vladimir Putin dünən iki günlük rəsmi səfər çərçivəsində Hindistana gəlib. Onu hava limanında Baş nazir Narendra Modi qarşılayıb.

Seçilən
19
veteninfo.az

1Mənbələr