Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 20 nəfərə çatıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, zəhərlənmə diaqnozu ilə daha iki nəfər xəstəxanaya gətirilib.
15:45
Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.
Metbuat.az Report-a istinadən xəbər verir ki hadisə Yuxarı Noxudlu kəndində yerləşən məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, 11 şagird və 2 xadimə odun sobasından çıxan tüstüdən zəhərlənmə şübhəsi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.