AZ

ABŞ Avropanı hədələdi

ABŞ 2027-ci ilə qədər Vaşinqtonun avropalı müttəfiqləri blokun müdafiə xərclərinin daha böyük hissəsini öz üzərinə götürməsə, Avropanın NATO- nun bəzi müdafiə koordinasiya mexanizmlərində iştirakını dayandıracağı ilə hədələyib .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ mesajı bu həftə Vaşinqtonda NATO-ya nəzarət edən Pentaqon rəsmilərinin görüşü zamanı avropalı diplomatlara çatdırılıb .

Pentaqon rəsmiləri bəyan ediblər ki, ABŞ Avropanın müdafiə qabiliyyətini artırmaqda əldə etdiyi irəliləyişdən hələ də razı deyil. 

Avropalı müttəfiqlər 2027-ci ilə qədər nəzərdə tutulan müddətə əməl edə bilməsələr, Vaşinqton alyansın bəzi müdafiə koordinasiya mexanizmlərində iştirakını dayandıra bilər.

Daha əvvəl bildirilmişdi ki, ABŞ 2027-ci ilə qədər NATO xərclərinin böyük hissəsini kəşfiyyatdan tutmuş raketlərə qədər avropalılara keçirməyi planlaşdırır.

Seçilən
77
operativmm.az

1Mənbələr