Qardaş Qazaxıstanda qanuna görə, hər bir nəfərə 15–18 m² yaşayış sahəsi düşməlidir. 6 nəfərlik ailə üçün bu, 90–108 m² deməkdir. Amma praktikada belə ölçüdə mənzillər çox az olur.
KONKRET.az xəbər verir ki, Koşşı şəhərində bu norma səbəbilə bircə çoxuşaqlı ailə belə seçimdən keçə bilməyib. Çünki maksimum mənzil sahəsi 80 m² və 72 mənzilin 50-si birotaqlı olub.
Hazırda bank müvəqqəti olaraq vətəndaşların razılığı ilə normadan kiçik və ya böyük mənzillərə köçməyə icazə verir. Sistemin yenilənməsinə 1,5–2 həftə vaxt sərf olunub.
Ağagül Mürsəlov,
KONKRET.az