BAKI, 5 dekabr. TELEQRAF
Xəbər verdiyimiz kimi, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub, nəticədə 18 nəfər zəhərlənməşübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, palet sobasının istifadə olunduğu məktəbdə kombi sistemi quraşdırılıb.
Bir ilə yaxındır kombi sistemi quraşdırılsa da, bundan istifadə edilməyib. Şirvan-Salyan Regional Təhsil İdarəsindən Teleqraf-a səbəb kimi hələ məktəbdəqazlaşdırılma prosesinin başa çatmadığı qeyd olnub.
Ancaq o da bəlli olub ki, məktəbin mərkəzləşdirilmiş istixanası mövcuddur.
Araşdırmamız nəticəsində o da müəyyən edilib ki, sözügedən məktəb “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”a daxil edilib. Həmin dövlət proqramında Aşağı Noxudlu kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulub.
Lakin təqdim etdiyimiz fotolarda əsaslı təmirdən heç bir əsər-əlamət yoxdur. Layihənin icraçılarından biri də yerli icra hakimiyyəti olub.