AZ

Daha bir marşrut xəttinin avtobusları yeniləndi

Bakının Xətai rayonunun Cavanşir küçəsini Nizami rayonunun Məmmədəli Şərifli küçəsi ilə əlaqələndirən 12 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Bu barədə  Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə veriləcək 18 yeni “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,6 manat müəyyən edilib

Seçilən
4
36
banker.az

10Mənbələr