İspaniyanın “Barselona” komandası futbolçusu Erik Qarsiya ilə müqavilənin müddətini uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, müdafiəçi ilə yeni sözləşmə 2031-ci ilin yayınadək nəzərdə tutulub.
Erik Qarsiya bu mövsüm “Barselona”nın heyətində 20 oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya millisinin heyətində 19 dəfə meydana çıxıb.