AZ

Erik Qarsiya Barselona ilə ortaq məxrəcə gəldi

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

Erik Qarsiya "Barselona" ilə müqaviləsini beş illik, 2031-ci ilin yayına qədər uzatmaq barəsində razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İmzalanma mərasimi dekabrın 11-də, baş tutacaq və bundan sonra mərkəz müdafiəçisi jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm 20 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Qarsiya 19 oyunda İspaniya millisinin şərəfini qoruyub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
sport24.az

1Mənbələr