AZ

İsrailin kütləvi aviazərbəsi: İranın radar və raket infrastrukturu darmadağın edilib

İsrail Hərbi Hava Qüvvələrinin bu ilin iyun ayında həyata keçirdiyi “Rising Lion” əməliyyatı zamanı İranın hava müdafiəsi və raket infrastrukturu genişmiqyaslı zərbələrə məruz qalıb. Vətəninfo.az xəbər verir ki, əməliyyat çərçivəsində İranın “Mersad-16” zenit-raket kompleksinə aid “Nocum-804” radar sistemi də daxil olmaqla bir sıra mühüm hərbi obyektlər məhv edilib.

Hesabatlara əsasən, eyni dövrdə İranın şimal-qərbində — o cümlədən Təbriz şəhərində — hava müdafiə qurğuları, komanda və idarəetmə məntəqələri hədəfə alınıb.

Zərbələrin əsas hədəfləri raket anbarları, radar sistemləri və komanda məntəqələri olub. Hadisə İranın raket və hava müdafiə imkanlarına əhəmiyyətli dərəcədə zərbə vurduğu bildirilir.

Seçilən
91
veteninfo.az

1Mənbələr