AZ

Türkiyəli nazir: Sosial təminat, əməyin mühafizəsi və digər istiqamətlərdə Azərbaycanla təcrübə mübadiləsi aparırıq

Bakı, 5 dekabr, Leyla Muradzadə, AZƏRTAC

Azərbaycana gəldiyimdə, DOST mərkəzlərinin çox mühüm mövqedə olduğunu müşahidə etdim. Səfər çərçivəsində Mərkəzə baş çəkmək şansım oldu. Mən xüsusilə də rəqəmsallaşma və süni intellektin üstünlük təşkil etdiyi sosial yardım və xidmətlərin bir mərkəzdən idarə oluna biləcəyinin şahidi oldum. Bu təcrübə həqiqətən də çox vacibdir, çünki xidmətlərin vahid bir nöqtədə inteqrasiyası mühümdür. Sosial təminat, əməyin mühafizəsi, rəhbərlik və nəzarət məsələlərində peşəkarlıq çox önəmlidir. Biz bu istiqamətdə Azərbaycanla təcrübə mübadiləsi aparırıq. Biz sizdən, siz isə bizdən öyrənirsiniz. Hər iki ölkə vətəndaşlarının rifah səviyyəsinin və həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində işimizi uğurla davam etdiririk.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan deyib.

Nazir DOST mərkəzlərindən söhbət açaraq Türkiyədə bənzər bir modelin olmadığını, lakin Ailə və Sosial Xidmətlər Nazirliyimiz vasitəsilə sosial yardım və sosial xidmətlər həyata keçirildiyini deyib: “Əlbəttə, Azərbaycan və Türkiyə əhalisinin sayı eyni deyil. Bizim 86 milyon vətəndaşımız var. Xidmətlərimizdə, xüsusən də sosial müavinətlərin vətəndaşlarımıza verilməsi prosesində tətbiq etdiyimiz sosial təminatla bağlı qanunlarımız var. 81 şəhərimizin hər bölgəsində vətəndaşların sosial vəziyyətlərini müəyyənləşdirmək üçün sosioloqlar, psixoloqlar, sosial işçilər evləri ziyarət edərək hesabatlar hazırlayırlar. Əlbəttə ki, oxşar bir sistem DOST mərkəzində də mövcuddur. Bizim üçün ən vacib məsələlərdən biri hər bir ailəyə baş çəkmək və oradakı vəziyyəti müəyyənləşdirməkdir. Bunun üçün xüsusi bir sistem tətbiq edirik, çünki bu, olmadan nə sosial yardımda, nə də sosial işdə uğur qazana bilməzsən”.

Seçilən
105
1
azertag.az

2Mənbələr