AZ

Kredit tarixçəsi ilə bağlı VACİB AÇIQLAMA KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Kredit kartı ödənişlərində gecikmə ilə bağlı vətəndaşların ən çox narahat olduğu məsələlərdən biri də bu gecikmələrin hansı halda onları “qara siyahı”ya sala bilməsidir. Xüsusilə də banklardan gələcəkdə kredit götürmək imkanlarının necə təsirlənəcəyi barədə suallar gündəmdədir. Maraqlıdır, kredit kartı ödənişlərində gecikmə nə qədər müddət davam etdikdə “qara siyahı”ya düşmək riski yaranır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, əslində bank sistemində “qara siyahı” anlayışı mövcud deyil.

Ekspertin sözlərinə görə, hər bir vətəndaşın özünə məxsus kredit tarixçəsi olur və bütün gecikmələr – hətta bir günlük belə, həmin tarixçədə əks olunur:

“Qara siyahı deyilən bir şey yoxdur. Hər kəsin kredit tarixçəsi var və o tarixçədə nə varsa, odur. Şəxs əgər bir gün gecikibsə, bu sistemdə görünəcək. Yəni bir günlük gecikmə də tarixçədə qeyd olunur”.

Ekspert əlavə edib ki, ödəniş intizamı kredit götürərkən ən vacib meyarlardan biridir və davamlı gecikmələr gələcək kredit imkanlarına ciddi təsir göstərə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
2
konkret.az

3Mənbələr