AZ

İsrail Prezidenti Səudiyyə Ərəbistanı ilə sülh bağlamaq arzusundadır   

İsrail Prezidenti İshaq Hersoq Səudiyyə Ərəbistanı ilə sülhü qeyd etməyi arzulayır. "Mənim arzum, məsələn, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səudla sülhü qeyd etmək olardı", - deyə yəhudi dövlətinin prezidenti Amerikanın "Newsweek" jurnalına verdiyi müsahibədə bildirib.

Onun dediyinə əsasən, "İslamın beşiyi və yəhudiliyin beşiyi birlikdə dünyanı dəyişə bilər". İsrail prezidenti əlavə edib ki, Ər-Riyadla sülh həm şəxsən özü, həm də bütün region üçün "mühüm hadisə" olacaq. O həmçinin qeyd edib ki, "Yaxın Şərqin gələcəyi yəhudilər və müsəlmanlar arasında dialoqdadır".

Ötən ayın 18-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə vəliəhd şahzadə İsraillə münasibətləri normallaşdırmağa başlamaq üçün Ər-Riyadın Fələstin dövlətinin yaradılmasına doğru etibarlı zəmanərə  ehtiyacı olduğunu vurğulayıb.

2020-ci ilin sentyabrında İsrail ABŞ-nin vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə  normallaşdırma müqaviləsinə qoşulub. Üçtərəfli razılaşma "İbrahim sazişləri" kimi tanınırdı. Mərakeş və Sudan sonradan yəhudi dövləti ilə münasibətlərin normallaşdığını elan ediblər. Bu razılaşmalardan əvvəl İsrail ərəb dövlətləri arasında yalnız Misir və İordaniya ilə diplomatik münasibətlər qurub.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
172
azerbaijan-news.az

1Mənbələr