AZ

Biləsuvarda qəza oldu - Yaralılar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. 

Hadisə zamanı minik avtomobili yük avtomobilinə çırpılıb. Qəza nəticəsində 4 nəfər Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova xəsarət alıb. 

Yaralılar rayon xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev

Seçilən
65
49
unikal.az

10Mənbələr