AZ

Rusiyada hərbçilərə qarşı ŞOK DƏLƏDUZLUQ: Qaraçı dəstəsi TUTULDU – FOTO/VİDEO

Novosibirskdə hərbçiləri soyan qaraçı dəstəsi ifşa olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Döyüş bölgəsinə yollanan hərbçilərin etibarından sui-istifadə edən dəstə 5,2 milyon rubl (təxm. 1 milyon 141 min man) mənimsəyib.

Məlumata əsasən, Novosibirsk vilayətində döyüş zonasına getməyə hazırlaşan hərbçilərdən qazanc əldə etmək istəyən mütəşəkkil qaraçı dəstəsi zərərsizləşdirilib.

Dəstə üzvlərinin qurduğu sxem xüsusi məkrliyi ilə seçilib. Onlar gələcək müqaviləli hərbçilər haqqında məlumat toplayıb, müxtəlif əfsanələr uyduraraq onlarla əlaqə yaradıblar.

Cinayətkarlar hərbçiləri aldadaraq onların bank kartlarına və hesablarına giriş əldə ediblər. Dəstənin bəzi üzvləri guya “sənədləşdirmə işlərində kömək edir”, digərləri isə “ödənişləri həll etdiklərini” bildirərək pulları mənimsəyiblər.

Nəticədə pullar döyüşçülərə deyil, dəstə üzvlərinin cibinə axıb. Dəymiş ziyanın ümumi məbləği 5,2 milyon rubldan çoxdur.

Faktla bağlı xüsusilə külli miqdarda ziyan vurma maddəsi ilə (“Dələduzluq”) cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
24
1
interpress.az

2Mənbələr