AZ

Salyanda tüstüdən zəhərlənələr xəstəxanadan evə buraxılıb

Salyan, 5 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Dekabrın 5-də Salyan rayonundakı Noxudlu kənd orta məktəbində tüstünün təsiri nəticəsində zəhərlənmə hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbdə yanacaq sobasının tüstüləməsi nəticəsində ümumilikdə 20 nəfər, o cümlədən 13-ü şagird olmaqla Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənənlər hospitalizasiya olunub. Zərərçəkənlərə zəruri tibbi xidmətlər göstərilib. Onların vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

 

Seçilən
64
1
azertag.az

2Mənbələr