AZ

Bu həkimlər işləyə bilmək üçün rüşvət verib

Ötən ilin elə bu ayı ölkə gündəmini zəbt edən rüşvətlə plastik cərrahiyəyə icazə verilməsi işi üzrə artıq məhkəmə istintaqı başlayıb. Qanunsuz tibbi fəaliyyətə şərait yaradılmasına görə Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı - nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova ittiham olunur. Onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

Publika.az xəbər verir ki, “Qafqazinfo” məsələnin hələ də gündəmdə qalmasını nəzərə alaraq cinayətin necə həyata keçirildiyini və kimlərdən rüşvət alındığını öyrənib. Xəbərin davamında rüşvət qarşılığında tibbi fəaliyyətə buraxılan həkimlərin adlarını tək-tək təqdim edib.

Bu cinayət hadisəsi iki formada həyata keçirilib. Daha dəqiq desək, rüşvət iki növ şəhadətnamənin verilməsi müqabilində alınıb:

1. Xaricdə təhsil alan tələbələrin ölkə ərazisində praktiki fəaliyyətə buraxılması üçün verilən şəhadətnamə;

2. Beş illik sertifikasiya imtahanı nəticəsində tibb işçilərinə verilən şəhadətnamə.

Seçilən
50
publika.az

1Mənbələr