Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, minik avtomobili yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində Cəlilabad rayon sakinləri – 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.