“Qalatasaray” rəhbərliyinin, xüsusilə də klub prezidenti Dursun Özbekin hakim Yasin Kol ilə bağlı etdiyi rəsmi şikayət təsirsiz qalıb.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızı"ların etirazına baxmayaraq, Türkiyə Futbol Federasiyası hakimə növbəti tur üçün yeni oyun tapşırığı verib.
Məlumata görə, “Qalatasaray”ın “Fənərbağça” derbisindəki idarəçiliyinə görə TFF-yə rəsmi şəkildə şikayət etdiyi Yasin Kol bu həftə “Eyüpspor” – “Kayserispor” matçında meydançaya çıxacaq. TFF-nin bu qərarı İstanbul klubunun azarkeş kütləsində və idarəçiləri arasında narazılıq yaradıb.
Qeyd edək ki, derbidəki bir neçə epizodun mübahisə doğurması “Qalatasaray”ın hakim idarəçiliyinə etiraz etməsinə səbəb olmuşdu.
Kamil Xudiyev