AZ

​UEFA “Fənərbaxça”nın futbolçusuna ağır cəza verdi

“Fənərbaxça”nın ulduz futbolçusu Con Duran UEFA tərəfindən iki oyunluq cəzalandırılıb. Futbolçu iki vacib matçda komandasına kömək edə bilməyəcək. Metbuat.az xəbər verir ki, UEFA Avropa Liqasının 5-ci həftəsində oynanılan və 1:1 hesabı ilə başa çatan “Fənərbaxça” - “Ferencvaroş” matçında qırmızı vərəqə alan Con Duranın cəzası açıqlanıb.

Hücumçu UEFA-nın İntizam Komissiyasının qərarı ilə “Brann” və “Aston Villa” ilə oynanılacaq qarşılaşmalarda meydana çıxa bilməyəcək. Dekabrın 1-də “Qalatasaray”la oynanılan dərbidə atdığı qolla qəhrəmana çevrilən Con Duranın cəzalandırılması “Fənərbaxça” azarkeşlərini məyus edib.

Seçilən
150
metbuat.az

1Mənbələr