Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Keçmiş Dağlıq Qarabağ probleminin uğurla həllindən sonra ATƏT, xüsusilə Minsk Qrupu bölgədə öz nüfuzunu xeyli itirmişdi. 2020-ci ildən 2025-ci ilə qədər təşkilatın bölgədə aktiv rolundan danışmaq çətin idi, çünki həm təsir imkanları məhdud idi, həm də 30 ildən artıq Azərbaycanı aldatması onun etibarını sarsıtmışdı. Lakin noyabrın 30-da ATƏT rəhbərliyi üzv dövlətlərin nazirlərinin dəstəyi ilə Azərbaycanın və Ermənistanın müraciətinə cavab olaraq Minsk Qrupunu və əlaqədar strukturları hüquqi olaraq buraxmaq qərarı qəbul etdi. Bu, ATƏT-in bölgə dövlətlərinin təşəbbüsü əsasında praktik addım atmasının nümunəsi oldu və Azərbaycan diplomatiyasının təsirini göstərdi".Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib".O, bildirib ki, hazırki şəraitdə ATƏT-in bölgədə təhlükəsizlik və əməkdaşlıq məsələlərində ciddi rol oynadığını demək çətindir, amma təşkilat keçid mərhələsindədir:"Gələcəkdə fəaliyyəti artırsa, bölgədə proseslərə yenidən təsir edə və sülhün təşviqində daha aktiv rol oynaya bilər. Xüsusilə, Ermənistanda revanşist qüvvələrin yüksəlməsinin qarşısını almaq və regionda təhlükəsizliyi təmin etmək baxımından ATƏT-in müəyyən imkanları mövcuddur".Ekspert bildirib ki, Azərbaycan ATƏT-lə əməkdaşlığı davam etdirir və ümid edir ki, təşkilat bölgədə sülh və təhlükəsizliyin təşviqində əhəmiyyətli bir beynəlxalq qurum kimi özünü göstərəcək:"Bunun üçün ATƏT ilk növbədə bölgədə nüfuzunu bərpa etməli, 30 illik fəaliyyətin zədələdiyi etibarı artırmalı və sülh prosesinə daha aktiv təsir imkanları yaratmalıdır".Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.