"Yadplanetli gəmi" adlandırılan ulduzlararası obyekt 3I/ATLAS bir çox ölkədə çaxnaşmaya səbəb olub.
Publika.az xəbər verir ki, obyektin qeyri-adi davranışı qlobal miqyasda ciddi diqqət çəkib.
"Daily Star"ın bu barədəki məqaləsində qeyd edilir ki, dünya liderləri genişmiqyaslı planetar müdafiə təlimləri keçirməyə başlayıblar.
"Bu, hökumətlərin 3I/ATLAS kimi tanınan ulduzlararası obyektin gözlənilməz hərəkətlərinə hazırlaşdığını göstərir", - nəşr bildirib.
Məqalədə iddia olunur ki, Avropa Kosmik Agentliyi bütün planetar müdafiə triadasını aktivləşdirib.