2026-cı ildə Azərbaycan Kitab Mükafatı təsis olunacaq. Mükafat ölkənin ədəbi mühitində yeni institusional mexanizm kimi təqdim olunur.
Yenilik.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Modern.az-a açıqlama verib.
“Bu addımı yaxşı qiymətləndirirəm. Yazıçılar nə qədər çox mükafat verilsə, bir o qədər yaxşıdır” – deyə o vurğulayıb.
Hazırda üzərində işlədiyi kitab haqqında da danışan yazıçı bundan sonra yazacağı kitabları mükafat üçün təqdim edib-etməyəcəyi ilə bağlı sualımıza da cavab verib:
“Yazdığım kitabı nə ora, nə də başqa yerə təqdim edəcəm. Heç bir halda özümü kiməsə, nəyəsə təqdim etmirəm” – Anar qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta