AZ

"FİFA Donald Trampa mükafat verməməlidir"

FİFA-nın sabiq prezidenti Yozeff Blatter təşkilatın Dünya Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa təqdim etmə qərarını sərt tənqid edib.

90deqiqe.Az xəbər verir ki, Blatter  bu barədə jurnalistlərə açıqlamasında deyib:

“Bu mükafat təqdim edilməməlidir. Futbol belə bir mükafat verməməlidir. Məncə, bu düzgün deyil. İnfantino və Trampın dostluğu ola bilər, amma mən futbola maraq görmürəm”.

FİFA bu mükafatı 2026-cı il dünya çempionatının püşkatması zamanı təqdim edəcək, əsas səbəb isə Trampın “istisna və nümunəvi əməlləri”dir.

Püşkatma bu gün, dekabrın 5-də Yas Marina Mərkəzində keçiriləcək.90

Seçilən
138
90deqiqe.az

1Mənbələr