AZ

“Borussiya” ilə “Napoli” gözləsin! Koxalski “Qarabağ”a görə fədakarlıq edəcəkmi?

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın qapıçısı Mateus Koxalskinin qış “transfer pəncərəsi”ndə komandadan ayrılmaq ehtimalının böyük olduğunu xəbər vermişdik. Belə ki, polşalının xidmətində maraqlı olan nəhəng klublar var. Söhbət “Napoli” ilə Dortmund “Borussiya”sından gedir.Təbii ki, Azərbaycan klubunun futbolçusunun belə klublardan təklif alması sevindirici haldı. Lakin bu gün Ağdam təmsilçisiylə bağlı durum bir qədər fərqlidi. Ona görə ki, Çempionlar Liqasında uğurlu nəticə göstərən “köhlən atlar”ın liqa mərhələsini ilk “24-lük”də bitirmək şansı var. Bu mərhələnin son iki matçı isə gələn ilin yanvarında keçiriləcək.Dəqiq desək, “Qarabağ” yanvarın 21-də “Ayntraxt”la (Almaniya), 28-də “Liverpul”la (İngiltərə) qarşılaşacaq. Koxalskinin məhz həmin matçlarda heyətdə olmamasının kollektivin məlum hədəfini təhlükəyə ata biləcəyini nəzərə alsaq, Ağdam təmsilçisini çətin günlər gözləyə bilər. İş ondadı ki, buna görə narahat olmağa dəyməz. Çünki İtaliya və Almaniyada qış “transfer pəncərələri” fevrlaın 2-də bağlanacaq. Yəni Koxalski və anlaşacağı klub razı olacağı təqdirdə qapıçı həmin matçlarda çıxış edəndən sonra düşərgədən ayrıla bilər.Xatırladaq ki, Mateusun “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr