AZ

“Qəbələ”yə qarşı belə oyunumuz bizdə əlavə motivasiya yaratdı”

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

I Liqanın lideri “Şəfa” Azərbaycan Kubokunda mübarizəni 1/8 finalda dayandırıb. Bakı klubu bu raundda “Qəbələ” səddini aşa bilməyib – 1:2.

Komandanın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az“a açıqlamasında görüşü dəyərləndirdi:

“Məqsədimiz qələbə qazanmaq və növbəti mərhələyə yüksəlmək idi. Rəqibimiz “Qəbələ” çox intizamlı və strukturlu komandadır. Yaxşı oynadığımızı düşünürəm. Müdafiədə etibarlı idik və çalışdıq ki, rəqibin gedişlərini bağlayaq. “Qəbələ” kimi komandaya qarşı belə oyunumuz bizdə əlavə motivasiya yaratdı. Erkən qol buraxsaq da, cavabımız gecikmədi və hesabı bərabərləşdirdik. İkinci hissədə rəqib sürətini artırdı və istədiyi qolu vurdu. Oyunda I Liqa və Premyer Liqa arasındakı fərq də hiss olundu. Premyer Liqada temp daha fərqlidir. “Qəbələ” bəzi anlarda bizi müdafiə olunmağa məcbur etdi. Bəlkə də, bu mövsüm ilk dəfə əks-hücumlardan oynadıq”.

Kərəmli oyunun sonlarında təzyiqi artırmalarına baxmayaraq, bərabərlik qolunu vura bilməmələrini belə izah etdi:

“Rəqibin hücum oyunçuları çox sürətlidir. Premyer Liqa klubları belə onların qarşısını almağa çətinlik çəkir. Çalışırdıq ki, onları elə mərkəzdə qarşılayaq və çox irəli buraxmayaq. Müdafiədə maksimum kompakt oynamağa çalışdıq. Oyunun sonlarında təzyiqi artırıb, bərabərlik qolunu vurmaq istəyirdik. Düzdür, həmin anlarda qapımızda da qollar görə bilərdik, bəzi epizodlarda bəxtimiz gətirdi”.

Mütəxəssis məğlubiyyətə baxmayaraq, komandanın və özünün müəyyən təcrübə qazandığını əlavə etdi:

“Komanda belə oyunlarla inkişaf edir. “Qəbələ” ilə matç bizim üçün hər tərəfli yaxşı təcrübə oldu. Sxadadzenin komandasına qarşı yaxşı oynamağa çalışdıq. Həm komandam, həm mən yaxşı təcrübə götürdük”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
89
futbolpress.az

1Mənbələr