1–5 dekabr tarixlərində Daşkənd şəhərində keçirilən “Vətəndaş Cəmiyyəti Həftəsi” öz işini mükafatlandırma mərasimi ilə yekunlaşdırıb. Həftənin son günündə “Vətəndaş Təşəbbüsü” Milli Mükafatı və “Vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfəyə görə” döş nişanının qalibləri təntənəli şəkildə mükafatlandırılıb.
QHT.az xəbər verir ki, “Vətəndaş Təşəbbüsü” Milli Mükafatı Özbəkistan Respublikasının Prezidentinin 26 avqust 2024-cü il tarixli “Vətəndaş cəmiyyəti institutlarının dövlət tərəfindən dəstəklənməsi sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanı əsasında təsis edilib. Mükafatın məqsədi ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafına töhfə verən şəxslərin fəaliyyətini qiymətləndirməkdir.
Bu il ilk dəfə təşkil olunan milli mükafata 350-dən çox namizəd sənəd təqdim edib. Son iki ildə fəallıq və təşəbbüskarlığı ilə seçilən həmvətənlərimiz beş nominasiya üzrə laureat elan olunublar:
– vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə fəal;
– gənclərin sosial dəstəyi üzrə fəal;
– təşəbbüskar ekoloji fəal;
– sosial müdafiə sahəsində fəal;
– qadınlar üzrə sosial fəal.
Mükafatın qalibləri aşağıdakılardır:
🔹 FARMONOV Əzəmcan Turğunoviç, Özbəkistan İnsan Hüquqları “Hüquqi Təyanch” ictimai birliyinin rəhbəri – “Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə fəal” nominasiyası;
🔹 CALALOV Azamat Axraroviç, “Digital Generation Uzbekistan” QHT rəhbəri – “Gənclərin sosial dəstəyi üzrə fəal” nominasiyası;
🔹 İLMURADOVA Oliya Vladimirovna, “Dayanıqlı Həyat” Beynəlxalq Sosial-Maarifləndirmə Mərkəzinin direktoru – “Sosial müdafiə fəalı” nominasiyası;
🔹 QOSIMOVA Nərgiz Sunnat qızı, “Ekolog” ictimai birliyinin direktoru – “Təşəbbüskar ekoloji fəal” nominasiyası;
🔹 ŞİRİNOVA Məvlüdaxan Rasulovna, “Səbr” Respublika Sosial-İqtisadi İnkişaf Mərkəzinin rəhbəri – “Qadınlar üzrə sosial fəal” nominasiyası.
Tədbirdə qeyd olunub ki, bu mükafatlar vətəndaş cəmiyyətinin inkişafında fəal iştirak edən şəxslərə verilən yüksək qiymətin göstəricisidir və gələcək təşəbbüslər üçün əlavə stimuldur.