Artıq digər ölkələrin sakinləri də "İlin icmalı" proqramı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinə suallar ünvanlaya biləcəklər.
Publika.az xəbər verir ki, bu barədə çağrı mərkəzini idarə edən "Rostelecom"dan "TASS"a bildirilib.
Məlumata görə, çağrı mərkəzi 4 dekabrda sorğuları qəbul etməyə başlayıb və bu proses 19 dekabra qədər davam edəcək.
Xaricdəki mobil telefonlardan zənglər üçün +7 (499) 550-40-40 və +7 (495) 539-40-40 nömrələri mövcuddur. Sualları xüsusi veb sayt vasitəsilə də təqdim etmək olar.
Qeyd edək ki, ənənəvi "Vladimir Putinlə ilin icmalı" verilişinin 19 dekabrda, Moskva vaxtı ilə saat 12:00-da keçirilməsi planlaşdırılır.