Bakı. Trend:
Hollandiyanın Vyuqt şəhərindəki islah müəssisəsində məhbuslarhəbsxana əməkdaşlarını girov götürüblər.
Trend xəbər verirki, məlumatı "NU.nl" yayıb.
Hadisənin həbsxana xəstəxanasının psixiatriya şöbəsində başverdiyi bildirilir.
Məlumata görə, hüquq-mühafizə orqanlarının xüsusi təyinatlıqüvvələri müəssisəyə daxil olub.
Ədliyyə və Təhlükəsizlik Nazirliyi insidentin yalnız həbsxanadaxilində baş verdiyini təsdiqləyib. Obyektin xarici perimetriboyunca heç bir əməliyyat həyata keçirilməyib.
Girovların sayı və hadisənin digər detalları barədə əlavəməlumat açıqlanmayıb.