AZ

Sabirabadda bu şəxslərə üçotaqlı mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi Sabirabad rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün yeni mənzillərin satın alınması ilə bağlı tender elan edib.

Far.Az-in əldə etdiyi məlumata görə, satınalma çərçivəsində 8 ədəd üçotaqlı mənzilin alınması nəzərdə tutulur.

Layihənin ümumi dəyəri 644 min manat təşkil edir.

Bu satınalma sosial həssas kateqoriyadan olan vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Layihə onların yaşayış şəraitinin yaxşılaşmasına, sosial rifahının artırılmasına və uzunmüddətli sosial müdafiə tədbirlərinin gücləndirilməsinə xidmət edəcək.

Seçilən
105
far.az

1Mənbələr