AZ

XİN başçısı: “Azərbaycan Avropa üçün xüsusi əhəmiyyət kəsb edən tərəfdaşdır”

“Azərbaycan enerji, o cümlədən bərpaolunan enerji sahəsində Avropanın strateji və etibarlı tərəfdaşıdır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyana şəhərində keçirilən Azərbaycan Tədqiqatları üzrə IV Avropa Konfransının yüksəksəviyyəli dialoqunda çıxışı zamanı bildirib.

Eyni zamanda, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının artan dinamikasını, bunun Orta Dəhlizin inkişafı üçün əhəmiyyətini vurğulayan nazir bu baxımından da Azərbaycanın Avropa üçün xüsusi əhəmiyyət kəsb edən tərəfdaş olduğunu qeyd edib.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə müstəqil, bərabərhüquqlu və suveren maraqlardan irəli gələn əməkdaşlıq həyata keçirdiyini bildirən C.Bayramov ölkəmizin Avropa ilə əlaqələrinin də məhz bu müstəvidə inkişaf etdiyini diqqətə çatdırıb.

Bizim.Media

Seçilən
13
2
bizim.media

3Mənbələr