Bakıda yeni təmir olunan yol yağış sularına qərq oldu.
NOCOMMENT.az xəbər verir ki, Bakıda yeni təmirdən çıxmış yollardan biri yağan güclü yağışdan sonra su altında qalıb. Nəticədə həm piyadalar, həm də sürücülər üçün hərəkət çətinləşib. Sosial şəbəkələrdə yayılan görüntülər istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.
Görüntülərdə yolun iri su hövzəsinə çevrildiyi, bəzi nəqliyyat vasitələrinin hərəkətdə çətinlik çəkdiyi görünür. Sosial media istifadəçiləri vəziyyəti “Venesiyanı xatırladan mənzərə” kimi qiymətləndiriblər.