AZ

"Araz-Naxçıvan" ÇL-də mübarizəni dayandırıb

Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" (Portuqaliya) ilə cavab matçına çıxıb.

Apasport.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade"də baş tutan görüşdə Naxçıvan təmsilçisi 2:4 hesabı ilə məğlub olub.

Portuqaliya klubunun heyətində İqor de Souza (9.24-cü dəqiqə), Andre Koelho (28.57-ci dəqiqə) və Anilton Silva (34.28, 35.40-cı dəqiqələr) fərqləniblər.

"Araz-Naxçıvan"dan isə Luicci Lonqo (35.52-ci dəqiqə) və Ədalət Ələkbərov (39.40-cı dəqiqə) rəqib qapısına yol tapıblar.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanmışdı.

DÇ-2026: İran püşkatma mərasimindən imtina etdi

KL: "Samsunspor" İslandiyadan bir xalla qayıdır - YENİLƏNİB

AL: "Fənərbaxça" “Ferentsvaroş”la bacarmadı, “Lion”dan darmadağın - YENİLƏNİB

UEFA “Qarabağ”ı cəzalandırıb

ÇL: Həftənin oyunçusu bəlli olub

Seçilən
64
apasport.az

1Mənbələr