Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Döymələr immun sistemini zəiflədə bilər.
"Unikal" xəbər verir ki, belə bir nəticəyə İsveçrə alimləri gəlib.
Tədqiqata görə, döymə piqmentləri yalnız dəridə qalmır, həm də bədən boyunca hərəkət edir və immun sisteminin əsas orqanları olan limfa düyünlərində toplanaraq illərlə qala bilir.
Bu toxumalarda, xüsusən də qırmızı və qara mürəkkəbdən gələn piqmentlər, tutulan piqmenti həzm edə bilməyən immun hüceyrələrinin (makrofaqlar) ölümünə, bu da bədənin müdafiəsini zəiflədə bilən xroniki iltihaba səbəb olur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.