AZ

Tüstü zəngi: Salyan məktəbində 18 nəfəri ayağa qaldıran an

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dekabrın 5-i 2025-ci il tarixində Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində təhsil alan şagirdlər və məktəb əməkdaşlarının pelet sobasından yayılan tüstüyə görə zəhərlənmə halları qeydə alınıb. Bildirilir ki, sobanın tıxanması səbəbindən binaya tüstü yayılıb və nəticədə 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Kənd məktəbində pelet sobasından yayılan tüstünün 10-larla uşağı və məktəb əməkdaşını xəstəxanalıq edəcək qədər təhlükəli olması, yalnız təəssüf doğurmur, həm də dərin narahatlıq yaradır. Belə hadisələrin davamlı təkrarlanması, birbaşa olaraq dövlət-təhsil orqanlarının, bələdiyyələrin və ya müvafiq struktur vətəndaşlarının məsuliyyətsizliyini göstərir.

İlk növbədə, istilik sistemləri, sobalar, bacalar, ventilasiya mütəmadi yoxlanılmalı, təmiz saxlanılmalı və standartlara uyğun qurulmalıdır. Nəticədə, pelet sobasının tıxanması kimi sadə texniki nasazlıq belə kütləvi zəhərlənməyə səbəb ola bilər.

Kənd təhsil müəssisələrində mövsümə hazırlıq, yanğın və tüstü təhlükəsizliyi, sobaların yoxlanılması kimi məsələlər sadə, lakin həyati önəmli tədbirlərdir. Belə sadə qaydaların belə kobud şəkildə göz ardı olunması sözün həqiqi mənasında qəbuledilməzdir.

Bu, sırf “belə oldu” yox, uzunmüddətli plandan, nəzarətdən və məsuliyyətdən uzaq yanaşmanın nəticəsidir. Uşaqların sağlamlığı, onları qorumaq, təhlükəsiz mühit yaratmaq ilk növbədə icra strukturları və yerli idarəetmənin vəzifəsidir.

Bu hadisə təkcə bir pelet sobasının tıxanması deyil, bu, məsuliyyətsizliyin göstəricisidir. Hazırda 21-ci əsrdə, soyuq aylarda kənd məktəblərində uşaq və müəllimlər üçün həyati təhlükəli şəraitin mövcud olması tamamilə alternativsiz olmalı idi.

Dəfələrlə çağırış edilməsi, xəbərdarlıqlar verilməsi, oxşar faciələrin yaşanması bu gün də təkrarlanır.

Uşaqlar bizim gələcəyimizdir. Onların sağlamlığı hamımızın vicdan məsələsidir.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
icma.az

1Mənbələr